AZAL-da baş məşqçi dəyişikliyi
AZAL-ın əvəzedicilərdən ibarət komandasında baş məşqçi dəyişikliyi baş verib.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Mehman Babayevlə yolları ayıran rəhbərlik boş qalmış baş məşqçi vəzifəsini Elnur Zeynalova həvalə edib.

Buna qədər AZAL-ın U-19 komandasını çalışdırmış E.Zeynalov artıq dünən əvəzediciləri məşqə də çıxarıb.

Xəbər 804 dəfə oxundu.