“Azərbaycan çempionatı bizim I dəstə səviyyəsindədir”
“Birləşmiş Ərəb Əmirliklərində işlədiyim zaman çox əla şərait vardı. Yerli futbolçular da çox texnikalı idi”. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu sözü “Simurq” klubunun tarixinə ilk baş məşqçi kimi düşən Anatoli Piskovets deyib.

Vətənində müsahibə verən ukraynalı mütəxəssis müxtəlif vaxtlarda çalışdığı ölkələrin çempionatların müqayisə edib: “Azərbaycan və Gürcüstandakı yerli futbolçularla bağlı vəziyyət də eyni cürdür. Azərbaycanda klublar imkanlıdır. Amma meydanlarla bağlı problem var. Futbolçular da yüksək səviyyəli deyillər. Ukraynalı və digər legionerlər yerli oyunçularla müqayisədə fərqlənirlər. Ümumilikdə, ustalıq səviyyəsinə görə bizim I dəstəyə bərabərdir. Gürcüstan klublarında isə pul yoxdur”.

Qeyd edək ki, Piskovets 2005/06 mövsümündə “Simurq”un Premyer Liqaya yüksəldiyi çempionatın ilk 22 turunda iş başında olub. Sona 8 tur qalmış isə postunu Viktor Pışevə verib. O, hazırda Ukraynanın “Volın” klubun əvəzedici heyətinin baş məşqçisidir.

Xəbər 995 dəfə oxundu.