Saman Təhmasibi 2-ci, Rəsul Çunayev 3-cü yerdə / REYTİNQ | |
Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2014-cü ilin yekunlarına görə, yunan-Roma güləşi üzrə yeni ilin ilk reytinq siyasını açıqlayıb. Yunan-Roma güləşi üzrə reytinq siyahısında 7 güləşçimizin adı daxil edilib. Ən yaxşı göstərici Dünya çempionatının gümüş mükafatını qazanan Saman Təhmasibiyə (85 kq) məxsusdur. O, reytinqdə də 2-ci yerdədir. Dünya çempionatının bürünc mükafatçıları Rəsul Çunayev (71 kq) 3-cü, Elvin Mürsəliyev (75 kq) 5-ci yerdə qərarlaşıb. Dünya çempionatını 5-ci sırada tamamlayan Həsən Əliyev (66 kq) isə, reytinqdə 7-ci pillədə qərarlaşıb. 59 kq 13. Taleh Məmmədov - Qızıl Qran Pri Final mərhələsi 1-ci yer (12) 66 kq 7. Həsən Əliyev - DÇ 5-ci yer (7) 71 kq 3. Rəsul Çunayev - DÇ 3-cü yer (3) 75 kq 5. Elvin Mürsəliyev - DÇ 3-cü yer (5) 11. Rafiq Hüseynov - Qızıl Qran Pri Final mərhələsi 1-ci yer (11) 85 kq 2. Saman Təhmasibi - DÇ 2-ci yer (2) 130 kq 17. Sabah Şəriəti - Qızıl Qran Pri Final mərhələsi 2-ci yer (15) Qeyd:İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib. |
|
Xəbər 1255 dəfə oxundu. |
|
|