“Tata Steel Masters” ənənəvi şahmat festivalı keçiriləcək
Yanvarın 9-da Hollandiyanın Veyk-an-Zee şəhərciyində “Tata Steel Masters” ənənəvi şahmat festivalının ilk partiyaları oynanılacaq. Əsas turnirlər yanvarın 10-da başlanacaq. 77-ci “Tata Steel Masters” superturnirində dünya çempionu Maqnus Karlsen başda olmaqla 12 top-qrossmeyster mübarizə aparacaq. Norveçli şahmatçının rəqibləri Azərbaycan qrossmeysteri Teymur Rəcəbovla yanaşı, Fabiano Karuana (İtaliya), Aniş Giri (Niderland), Uesli Sou (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa), Radoslav Voytaşek (Polşa), Din Lijen (Çin), Baadur Cobava (Gürcüstan), Vasili İvançuk (Ukrayna), Xou İfan (Çin), Lük Van Veli (Niderland), İvan Sariç (Xorvatiya) və Levon Aronyandır (Ermənistan).Yarış yanvarın 14, 19 və 22-si istirahət günü olmaqla dairəvi sistem üzrə 11 turda keçiriləcək. Turlar yanvarın 10-13-də, 15-18-də, 20, 21, 23-25-də keçiriləcək. Ötən il olduğu kimi, əsas turnirdə iki “səyyar” tur olacaq. Yanvarın 15-də oyunlar Rotterdamda, 21-də isə Haaqada keçiriləcəkdir.

Xəbər 845 dəfə oxundu.