FİFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb
FİFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ayla müqayisədə Azərbaycan milli komandası bir pillə geriləyərək 215 xalla 136-cı pillədə qərarlaşıb. Reytinq cədvəlinə 1725 xalla Almaniya millisi liderlik edir. Argentina komandası ikinci, Kolumbiya yığması isə üçüncü pillədə yer alıb.

Xəbər 1030 dəfə oxundu.