Gürcüstan gənclər arasında olimpiya oyunlarına hazırlıqla bağlı Azərbaycanın təcrübəsini öyrənir
Gürcüstan Azərbaycan ilə təkcə siyasi, iqtisadi və mədəni sahələrdə deyil, idman sahəsində də səmərəli əməkdaşlıq edir. Biz idman sahəsində, xüsusən də gənclər arasında olimpiya oyunlarına hazırlıqla bağlı Azərbaycan ilə informasiya və təcrübə mübadiləsi aparırıq. Bu sözləri Tbilisi şəhərinin meri David Narmania söyləyib.D.Narmania deyib: “Məlumdur ki, bu ilin iyununda Bakıda birinci Avropa Oyunları keçiriləcək. İyulun sonları, avqustun əvvəllərində isə Tbilisidə gənclər arasında olimpiya oyunları təşkil olunacaq. Biz bu yarışlara ciddi hazırlaşırıq. Eyni zamanda, Azərbaycanın təcrübəsini öyrənirik. Azərbaycanın zəngin təcrübəsi var və bu, bizim üçün çox vacibdir”.

AzərTAc


Xəbər 763 dəfə oxundu.