“Atletiko” komandası İspaniya kubokunda “Real”a qalib gəlib
İspaniya kubokunda səkkizdəbir finalın ilk oyunları keçirilib.Madrid derbisində öz meydanında “Real” klubu ilə qarşılaşan “Atletiko” komandası 2:0 hesabı ilə qələbə qazanıb. “Visente Kalderon” stadionunda keçirilən oyunda qolları 58-ci dəqiqədə penaltidən Raul Qarsiya və 76-cı dəqiqədə Xose Ximenes vurublar. Komandalar arasında cavab oyunu yanvarın 15-də “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

Xəbər 820 dəfə oxundu.