AZAL-dan 4 yeni transfer
AZAL klubu qış transfer pəncərəsi dönəmində heyətini 4 futbolçu ilə gücləndirib. Bu barədə klubun vitse-prezidenti Fikrət Hüseynov məlumat verib.

Klub rəsmisi artıq 4 futbolçu ilə rəsmi müqavilə imzalandığını bildirib. Həmin futbolçular Ruslan Nəsirli, Azər Məmmədov, Nicat Qurbanov və Aleksandr Şemonayevdir.

Qeyd edək ki, Azər Məmmədov "Araz Naxçıvan"dan, Aleksandr Şemonayev isə "Xəzər Lənkəran"dan transfer olunub. Müqavilə ilə "Neftçi"yə məxsus olan Nicat Qurbanov AZAL-da icarə əsasında çıxış edəcək.

Xəbər 883 dəfə oxundu.