"Qarabağ" yenə mərkəzi arenada oynayacaq
Tofiq Bəhramov adına Respublika stadionu yeni – 2015/16 mövsümü üçün avrokuboklarda "Qarabağ"ın ixtiyarında olacaq.

Ağdam təmsilçisi növbəti mövsümdə də avrokuboklarda ev oyunlarını Respublika stadionunda keçirəcək.

Ehtiyat stadion kimi "Dalğa Arena" göstərilib. Klubun mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, "Qarabağ"ın cari mövsüm Avropa Liqasındakı uğurlu çıxışlarından sonra klubun növbəti mövsümdən avrokuboklarda ev oyunlarını bu il istifadəyə veriləcək "Olimpiya" stadionunda keçirəcəyi ehtimal olunurdu.

Xəbər 1039 dəfə oxundu.