Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatına start verilib
Yanvarın 6-da şahmat üzrə kişilər arasında Azərbaycan çempionatına start verilib. Yarışda 22 zəka sahibi çempion adı uğrunda mübarizə aparır. Çempionatda birinci və üçüncü yerləri tutan şahmatçılar Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaqlar. Eyni zamanda, 1-2-ci yeri tutan şahmatçılar bu il keçiriləcək Dünya Kubokuna, 1-3-cü yerdə qərarlaşacaq idmançılar isə cari ildə təşkil olunacaq şəxsi Avropa çempionatına vəsiqə qazanacaqlar. İsveçrə sistemi üzrə 9 turdan ibarət keçiriləcək yarış yanvarın 16-da başa çatacaq. Çempionatın ümumi mükafat fondu 5 min manatdır.

Xəbər 1169 dəfə oxundu.