Türkiyədə legioner limiti ləğv edildi
Türkiyə Futbol Federasiyası 2015/16 mövsümündən etibarən legioner limitini ləğv edəcək.

Növbəti çempionatdan hər bir komandanın iştirak ərizəsində 14 yerli və 14 əcnəbi futbolçu ola bilər.

Belə olan halda meydana eyni zamanda 11 legoner də çıxa biləcək.Məlumatı Turkish Football yayıb.

Bununla bərabər yerli futbolçular arasından bir nəfər mütləq klub yetirməsi olmalıdır.

Hazırki qaydalara görə Türkiyə çempionatında eyni zamanda 5 legioner meydana çıxa bilər.

Xəbər 1015 dəfə oxundu.