Vəli Qasımov hesabat verdi
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımovla görüş keçirib. İdman.com.az saytının məlumatına görə, 44 yaşlı mütəxəssis rəhbərlik etdiyi komandanın Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIV beynəlxalq turnirdə keçirdiyi oyunlarla bağlı hesabat verib.

Sonra baş katib komandanın üzvləri ilə görüşərək turnirdəki nəticədən narazılığını bildirib, gələcək oyunlarda komandanın qarşısına konkret vəzifələr qoyub.
Qeyd edək ki, yığmamız 12 komandanın qatıldığı turnirdə sonuncu 12-ci yeri tutub.

Xəbər 1061 dəfə oxundu.