Bakının “Azəryol” voleybol komandası “Gloria Cup” beynəlxalq turnirində iştirak edir
Antalyada qadın voleybol komandaları arasında “Gloria Cup” beynəlxalq turniri davam edir. Turnirdə Azərbaycanı “Azəryol” komandası təmsil edir. Yarışda “Azəryol” ilə yanaşı, Türkiyənin “Vakıfbank”, İsveçrənin “Volero” və Sloveniyanın “Maribor” kollektivləri birincilik uğrunda mübarizə aparır. Komandamız ilk oyununu “Vakıfbank”a qarşı keçirib və 1:3 hesabı ilə məğlub olub. Bakı təmsilçisi “Volero” ilə oyundan da məğlub ayrılıb – 1:3.Yanvarın 5-də komandamız Sloveniya təmsilçisi ilə qarşılaşacaq.

Xəbər 839 dəfə oxundu.