“Qarabağ” geriləməkdə davam edir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların ötən ilki yekun reytinqini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, ölkəmizin 402 komandanın yer aldığı reytinqdə yeganə təmsilçisi “Qarabağ” 14 pillə geriləyib.
Ağdam komandası 69,5 xalla 312-ci pilləni Moskva “Dinamo”su və Çexiyanın “Mlada Boleslav” klubları ilə bölüşdürür.

Bunadək 298-ci pillədə qərarlaşan “Qarabağ” hazırda İspaniyanın “Espanyol”, “Saraqosa, “Rasinq”, “Malyorka”, İtaliyanın “Kalyari”, Almaniyanın “Hamburq” klublarını qabaqlayır.
Reytinqə dünyanın ən güclü komandası olan İspaniyanın “Barselona” klubu 367 xalla başçılıq edir. Onun əzəli rəqibi olan Madrid “Real”ı 312 xalla 2-dir. İlk üçlüyü Argentinanın “Veles Sarsfild” klubu 271 xalla qapayır.

Xəbər 948 dəfə oxundu.