Kamanan “Qəbələ”də ilk məşqə çıxıb
“Qəbələ” klubunun yeni transferi Yannik Kamanan Azərbaycana gəlib. Komandadan idman.com.az saytına bildiriblər ki, Afrika əsilli fransalı futbolçu artıq Qəbələdə ilk məşqlərə başlayıb. Mütəxəssislər hücumçunun şimal təmsilçisinə çox fayda verəcəyini deyirlər. Onun ön xətdə rəqiblərə başağrı olacağı bildirilir.

Xəbər 975 dəfə oxundu.