Millimizin növbəti rəqibi kim olacaq?
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisinin növbəti rəqibi bu gün müəyyənləşəcək.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu gün Bakı vaxtı ilə 17.30-da keçiriləcək Slovakiya – Sankt-Peterburq matçının qalibi millimizin rəqibi olacaq.

Qeyd edək ki, birinci qrup mərhələsində Yaponiyanı 1:0, Rusiya-2 komandasını 4:2 hesabı ilə məğlub edən millimiz növbəti mərhələyə qrup lideri kimi yüksəlib. Komandamız növbəti oyununu yanvarın 7-də keçirəcək.

Xəbər 791 dəfə oxundu.