Ağcabədidə ümumrayon seminarı keçirilib
Dekabrın 29-da Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə karate-do idman növü üzrə açıq ümumrayon seminarı keçirilib.

Ağcabədi mərkəzi stadionunda 45 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, karate-do idman növünün inkişaf etdirilməsi olub.

Sonda karate-do idman növü üzrə yarış qaydaları şagirdlərə izah olunub, Bassay-day, Kanku-day, Enpi, Cion kataları işlənilib, Bunkaylar açılıb və 13 nəfər şagird dərəcəsini (kyu) artırıb.

Xəbər 932 dəfə oxundu.