"Simurq"un sabiq baş məşqçisinin yeni komandası bəlli oldu
"Simurq" klubunun sabiq baş məşqçisi Sergey Yuranın yeni iş yeri bəlli olub.

45 yaşlı mütəxəssis bundan sonra "Baltika"nı çalışdıracaq.

Son komandası "Sibir" olan rusiyalı mütəxəssis ölkəsinin aşağı divizion təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb. "Baltika" geridə qalan 21 turdan sonra 21 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Yuran 2011-2012-ci illərdə "Simurq" klubunu çalışdırıb.

Xəbər 793 dəfə oxundu.