Milli Olimpiya Komitəsində 2014-cü ilin yekunlarına görə mükafatlandırma
Dekabrın 29-da Milli Olimpiya Komitəsində 2014-cü ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib. Tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Xəzər İsayev çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək qiymətləndiriblər. Natiqlər cari ildə ölkəmizdə təşkil olunan mötəbər idman tədbirləri haqda ətraflı məlumat veriblər. Azərbaycanın gələn il keçiriləcək “Bakı 2015” ilk Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdığını qeyd ediblər.Sonra 5 nominasiya üzrə qaliblər mükafatlandırılıb.

Xəbər 737 dəfə oxundu.