“Real” üçün ağır ay
La Liqanın lideri "Real" üçün 2015-ci ilin ilk ayı ağır keçəcək.

Madrid klubu yanvar ayında 8 və ya 9 matç oynayacaq.

Karlo Ançelottinin komandası ilin ilk oyununu yanvarın 4-ü ölkə çempionatında "Valensiya"ya qarşı keçirəcək. Ardınca, "Real" "Atletiko" ilə İspaniya kubokunda iki dəfə üz-üzə gələcək. "Kral klubu" əgər İspaniya kubokunda növbəti mərhələyə yüksələrsə, 3 gün sonra La Liqada "Hetafe"yə qarşı matçdan sonra "Nau Kamp"da "Barselona"nın qonağı ola bilər. Ancaq bunun üçün "Barsa" kubokda "Elçe"ni mübarizədən kənarlaşdırmalıdır.

Bundan başqa, "Real" yanvarda La Liqada "Espanyol" və "Kordoba" klubları ilə qarşılaşacaq.

Karlo Ançelottinin komandası ya yanvarın 31-i, ya da fevralın 1-i yenidən ölkə çempionatında "Real Sosyedad"ı qəbul edəcək.

Qeyd edək ki, istirahətdən yeni qayıdan Madrid klubunun futbolçuları artıq bu oyunların hazırlıqlarına başlayıb.

Xəbər 854 dəfə oxundu.