"Qalatasaray"ı gözləyən təhlükə
"Qalatasaray" klubu sabiq baş məşqçisi Çezare Prandelli ilə müqaviləsini rəsmən ləğv etməyib.

Bu barədə italiyalı mütəxəssis özü açıqlamasında bildirib.

Oktyabr və noyabr ayları üçün "Qalatasaray"ın ona 380 min avro borcu olduğunu deyən Prandelli problemin yaxın zamanda həll ediləcəyinə ümid ediyini vurğulayıb:

"Qalatasaray"la yollarımızı ayırdıq. Ancaq hazırda müqaviləm rəsmən ləğv edilmədiyi üçün açıqlama verə bilmərəm. Komandanın mənə borcu var. Ümid edirəm ki, məsələ yaxın günlərdə həllini tapacaq".

Qeyd edək ki, Prandelli məsələ ilə bağlı UEFA-ya şikayət edərsə və borc ödənilməsə, "Qalatasaray" növbəti mövsüm üçün avrokuboklardan kənarlaşdırıla bilər.

Xəbər 857 dəfə oxundu.