Subaşiç oynadı, komandası uduzdu
Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu "Manisaspor" klubu Türkiyə birinci liqasında növbəti matçını keçirib.

Manisa təmsilçisi səfərdə "Altınordu"nun qonağı olub.

Oyun 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. 90 dəqiqə meydanda olan Subaşiç 35-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, "Manisaspor" 15 turdan sonra 14 xalla 17-ci pillədə qərarlaşıb.

Xəbər 899 dəfə oxundu.