Azərbaycan idmançısı peşəkar döyüşdə ikinci qələbəsini qazanıb
Qarışıq döyüş növləri üzrə (MMA) üzrə dünya və Avropa çempionu Zaur Hacıbabayev karyerasında ikinci peşəkar döyüşünə çıxıb.

Moskvada keçirilən döyüşdə Z.Hacıbabayev Yevgeni Myakinkinə qarşı mübarizə aparıb.

Görüş idmançımızın üstünlüyü şəraitində keçib. Hətta Z.Hacıbabayev iki dəfə rəqibi nokauta göndərməyə yaxın olub. Yekunda hakimlərin qərarına əsasən Zaur Hacıbabayev qalib elan edilib.

Yevgeni Myakinkin peşəkar karyerasında 14 döyüş keçirib. O, onlardan 10 görüşdə qələbə qazanıb.

Zaur Hacıbabayev isə peşəkar rinqdə cəmi 2 görüş keçirib.


Xəbər 836 dəfə oxundu.