Cavadovun komandası heç-heçə etdi
Türkiyə birinci liqasında 14-cü turun oyunları keçirilib.

Millimizin üzvləri Vaqif Cavadov və Ufuq Budağın şərəfini qoruduğu "Qaziantep BB" klubu növbəti matçına çıxıb.

Qaziantep təmsilçisi səfərdə “Dənizlispor”la qarşılaşıb. Oyunda qapılaraq qol vurulmayıb. Yığmamızın üzvləri meydana start heyətdə daxil olublar. Ufuq Budaq 90 dəqiqə meydanda olduğu halda, Vaqif Cavadov 55-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu heç-heçədən sonra "Qaziantep BB" klubu 19 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Xəbər 871 dəfə oxundu.