Arazın komandası penaltilərdə qalib gəldi | |
Həmyerlimiz Araz Abdullayev Yunanıstan kubokunda debüt edib. İdman.com.az saytının məlumatına görə, “Panionios”a icarəyə verilən 20 yaşlı yarımmüdafiəçinin ilk oyunu məşhur “Panatinaikos”a qarşı olub. Bakı vaxtı ilə saat 23:00-da başlayan qarşılaşmada Araz meydana start heyətində çıxıb. Amma futbolçumuz sona 2 dəqiqə qalmış yerini Fanuris Qandulakisə verib. Matçın əsas vaxtı qörüş bərabərliklə nəticələnib. Qalibi müəyyənləşdirmək üçün komandalar daha 30 dəqiqə mübarizə aparıblar. Amma burada da rəqiblər bir-birilərinin qapılarına yol tapa bilməyiblər. Penaltilərdə isə Arazın komandası daha yaxşı təsir bağışlayıb – 4:3. |
|
Xəbər 983 dəfə oxundu. |
|
|