Rəşad Sadiqovun yeni klubu məlum olub
“Xəzər Lənkəran”dan ayrılan Rəşad Sadiqovun yeni klubu məlum olub. Milli komandamızın üzvünü “Qəbələ” klubu heyətinə cəlb edib. “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov xəbəri təsdiq edib. O bildirib ki, 31 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq - cari mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, R.Sadiqov bu ilin iyun ayında “Neftçi”dən “Xəzər Lənkəran”a transfer olunmuşdu.

Xəbər 840 dəfə oxundu.