Kavani PSJ-dən ayrılır
PSJ klubunun hücumçusu Edinson Kavani qış transfer pəncərəsi dönəmində komandadan ayrılacaq.

Uruqvaylı futbolçunun baş məşqçisi Loran Blanla problem yaşadığı bildirilir.

Fransalı mütəxəssis futbolçulara qarşı sərt davranılmalı olduğunu və Kavaninin komandadan ayrılmasına qarşı çıxmayacağını açıqlayıb. Hücum xəttindəki mövqeyindən narazı olan 27 yaşlı futbolçunun gələn aydan karyerasını hansı klubda davam etdirəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Kavani ilə İngiltərənin "Arsenal" klubu yaxından maraqlanır.

Xəbər 1017 dəfə oxundu.