Sabah bayram yürüşü olacaq
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni Il münasibətilə Azərbaycan Velosiped Idmanı Federasiyası "SharkHead" velosipedçilər klubu ilə birlikdə dekabrın 27-si, saat 15:00-da velosiped həvəskarları üçün "Critical X-Mass Baku" yürüşü keçirəcək.

Veloyürüş saat 15:00-da Azadlıq meydanından (Hökumət Evinin qarşısı) start götürəcək. İştirakçılar şəhər küçələri ilə 18 km məsafə qət edəcəklər və yürüş elə başladığı yerdə sona çatacaq. Tədbir yekunlaşdıqdan sonra isə kiçik yaşlı uşaqlara federasiya tərəfindən yeni il hədiyyələri təqdim olunacaq.


Xəbər 786 dəfə oxundu.