"Real"ın 9 futbolçusu rəmzi komandada | |
İspaniyanın 2014/2015 mövsümünün ilk bölümünün rəmzi komandası müəyyənləşib. "Marca" qəzetinin saytında keçirilən sorğuda 46 min azarkeş iştirak edib. Səsverməyə əsasən, siyahıda "Real"ın 9 futbolçusu yer alıb. Rəmzi komandaya daxil olan oyunçular aşağıda adları qeyd olunanlardır: Qapıçı: Kasilyas ("Real") Müdafiəçilər: Karvaxal, Serxio Ramos, Marselo (hamısı "Real"), Dieqo Qodin ("Atletiko" Madrid) Yarımmüdafiəçilər: Toni Kroos, İsko, Xames Rodriqes, Qaret Beyl (hamısı "Real") Hücumçular: Kriştiano Ronaldo ("Real"), Lionel Messi ("Barselona") |
|
Xəbər 776 dəfə oxundu. |
|
|