"İlin ən yaxşı yarımmüdafiəçisi olmağa layiq deyiləm" - Arda
Türkiyə millisinin və "Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan maraqlı fikirləri ilə diqqət mərkəzinə düşüb.

"NTVspor" telekanalında yayımlanan "100 faiz futbol" verilişinin qonağı olan Arda özünü Avropada ilin ən yaxşı yarımmüdafiəçisi seçilməsinə layiq görməyib:

"Mən La Liqada və Avropa böyük uğurlar qazandım. Ancaq ilin ən yaxşı yarımmüdafiəçisi seçilməyə layiq bir şey etmədim. Məncə, ilin ən yaxşı yarımmüdafiəçiləri Andres İniyesta və Aryen Robbendir. Yenə də mənə səs verən hər kəsə təşəkkür edirəm".

Xəbər 877 dəfə oxundu.