AzAL “Neftçi”-nin futbolçusunu heyətinə qatdı
AzAL futbolçuları qış hazırlığına başlayıblar. Komanda dünəndən etibarən məşqlərini bərpa edib. Legionerlərin böyük əksəriyyətinin də qatıldığı hazırlıqda yalnız Tales Şütz iştirak etməyib. Hazırda vətənində olan futbolçu yaxın günlərdə düşərgəyə qoşulacaq.

AzAL transfer çalışmalarına da start verib. Paytaxt təmsilçisi “Neftçi”nin transferə çıxardığı Tural Nərimanovu heyətə cəlb edib. 21 yaşlı futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü ilə yaxın günlərdə rəsmi sözləşmə imzalanacaq.

Xəbər 895 dəfə oxundu.