"İnter" "Arsenal"ın hücumçusu ilə anlaşdı
"Arsenal" klubunun hücumçusu Lukaş Podolski yanvar ayından etibarən karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

29 yaşlı futbolçu ilə "İnter" klubu yaxından maraqlanır.

Artıq tərəflər arasında razılığın əldə olunduğu və Polşa əsilli alman futbolçunun mövsümün sonuna qədər "İnter"də icarə əsasında oynayacağı bildirilir. Lakin "Arsenal"ın bu keçid üçün Milan təmsilçisindən 8 milyon avro tələb etməsi "İnter"in işini çətinə salıb.

Qeyd edək ki, cari mövsüm "Arsenal"ın heyətində 13 oyun keçirən Podolski 3 qola imza atıb.

Xəbər 764 dəfə oxundu.