"Qəbələ"nin iki rəqibi müəyyənləşib
Yanvarın 5-dən 29-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq "Qəbələ"nın hazırlıq çərçivəsində qarşılaşacağı rəqiblərdən ikisinin adı müəyyənləşib.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "qırmızı-qaralar"ın qardaş ölkədə ilk yoxlama oyunu yanvarın 10-da keçiriləcək. Sözügedən matçda "Qəbələ" PSV-nin (Hollandiya) ikinci komandası ilə üz-üzə gələcək.

"Qəbələ"nin digər rəqibi isə "Vorskla" (Poltava, Ukrayna) olacaq. Həmin oyun yanvarın 17-də keçiriləcək.


"Qəbələ" bundan əlavə yanvarın 14, 22, 25 və 29-da sınaq matçlarına çıxacaq. Rəqiblərin adına yaxın günlərdə aydınlıq gələcək.

Xəbər 831 dəfə oxundu.