"Kalyari"nin yeni baş məşqçisi bəlli oldu
Zdenek Zemanla yollarını ayıran "Kalyari" klubunun yeni baş məşqçisi bəlli olub.

A Seriya təmsilçisini Canfranko Zola çalışdıracaq.

Klubdan verilən açıqlamaya görə 48 yaşlı mütəxəssislə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. Zolanın son komandası İngiltərənin aşağı divizion təmsilçisi "Uatford" klubu olub.

Qeyd edək ki, "Kalyari" A Seriyasında geridə qalan 16 turdan sonra 12 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Xəbər 788 dəfə oxundu.