“Lokomotiv” də qələbə qazandı
Azərbaycanı “Çelenc Cup”da təmsil edən qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu, 1/16 final mərhələsinin ilk oyununda səfərdə Xorvatiyanın komandası ilə görüşüb. İdman.com.az saytının məlumatına görə, yarışa 2-ci təsnifat mərhələsindən başlayan “dəmiryolçular”, startda Macarıstanın “Vaşaş” kollektivini məğlub edib. Növbəti matçda Draqutin Baltiçin komandası “ZOK Split”ə qalib gəlib.

11 yanvar

1/16 final mərhələsinin ilk oyunu
“ZOK Split” (Xorvatiya) – “Lokomotiv” (Azərbaycan) - 0:3 (18:25, 21:25, 15:25)
Hakimlər: Antonello Kalleja (Malta), Kristof Lekourt (Fransa)

Xəbər 941 dəfə oxundu.