Hannoverin futbolçusu milli komandamızın toplanışına qatılmayacaq
Dekabrın 24-dən 31-dək Bakı şəhərində təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Almaniyanın "Hannover" klubunun futbolçusu Benhur Kaman bu toplanışa qatılmayacaq.

Onun əvəzinə toplanışa “Neftçi” klubundan Emil Həsənzadə dəvət olunub.

Xəbər 757 dəfə oxundu.