Sumqayıtda 4-cü ənənəvi kross yarışına yekun vurulub
Dekabrın 22-də Sumqayıt şəhər İcra hakimiyyətinin təşəbbüsü və Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə məhəllə və mikrorayonlar arasında sayca 4-cü ənənəvi kross yarışı keçirilib.

Ümummilli lider Heydər Əliyevin abidəsi önündə bədii açılış mərasimi ilə başlayan tədbirdə şəhərin ayrı-ayrı məhəllə və mikrorayonlarından 300-dən artıq həvəskar idmançı iştirak edib.

Yarışda birinci yerə Əlirza Əlirzayev, ikinciyə Fərid Paşayev, üçüncüyə Abbas Abbasov layiq görülüb.

Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini Elgin Həbibullayev və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elşən Baxşəliyev tərəfindən I-X yerləri tutan idmançılara medal, fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

Xəbər 961 dəfə oxundu.