“Qarabağ” bolqarlarla oynayacaq
"Qarabağ"ın Antalyada keçirəcəyi təlim-məşq toplanışı zamanı qarşılaşacağı rəqiblərdən biri müəyyənləşib.

"Köhlən atlar" Bolqarıstanın "Çerno More" klubu ilə qarşılaşacaq.

Bu barədə komandanın baş məşqçisi Nikola Spasov açıqlama verib. Spasov oyunun nə vaxt keçiriləcəyini açıqlamayıb.

"Çerno More" cari mövsümdə ölkə çempionatında keçirdiyi 19 oyunda 25 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xəbər 848 dəfə oxundu.