Puyol üçün vida matçı keçiriləcək
"Barselona" klubu sabiq futbolçusu Karles Puyol üçün vida matçı keçirməyi planlaşdırır.

"Nou Kamp" stadionunda təşkil olunacaq oyunun vaxtı hələlik məlum deyil.

"Təbii ki, Puyol vida matçına layiq futbolçudur. O, komandanın böyük futbolçularından olub. Biz artıq vida matçının keçirilməsi məsələsini müzakirə etmişik. Bircə, oyunun tarixini müəyyənləşdirmək qalır" - deyə klubun prezidenti Xosep Bartomeu deyib.

Qeyd edək ki, 1999-2014-cü illərdə "Barselona"nın şərəfini qoruyan Puyol ötən mövsümün sonunda karyerasını başa vurub.

Xəbər 866 dəfə oxundu.