"Çelsi" Hazardla müqavilə yeniləyir
"Çelsi" klubu yarımmüdafiəçisi Eden Hazardla müqavilə yeniləyəcək.

London təmsilçisi belçikalı futbolçu ilə müqavilənin müddətini 5 il daha uzadacaq.

Yeni müqaviləyə görə Hazard "Çelsi"də həftəsinə 200 min funt-sterlinq qazanacaq. Bununla da, 23 yaşlı futbolçu "Çelsi"nin ən yüksək maaş alan oyunçusu olacaq.

Qeyd edək ki, bu mövsüm 16 oyuna çıxan Belçika millisinin üzvü 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

Xəbər 877 dəfə oxundu.