Robben 100-cü qolunu vurdu
Almaniya bundesliqasının 16-cı turunda "Frayburq"a qarşı matç (2:0)"Bavariya"nın futbolçusu Aryen Robben üçün əlamətdar olub.

Hollandiyalı oyunçu sözügedən qarşılaşmada Münhen klubu ilə 100-cü qolunu vurub. A.Robben bu qolları 184 oyuna vurmağı bacarıb.

Qeyd edək ki, A.Robben 2009-cu ildən "Bavariya"dan oynayır.

Xəbər 836 dəfə oxundu.