Sumqayıtda üzgüçülük üzrə açıq şəhər birinciliyinə yekun vurulub
Dekabrın 14-də Sumqayıt Paralimpiya İdman Kompleksində keçirilən “Dünya Azərbaycanlılarının həmrəyliyi günü”nə həsr edilmiş üzgüçülük üzrə müxtəlif yaş qruplarının oğlan və qızları arasında şəhərin açıq birinciliyi keçirilib.

Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Bakı və Sumqayıtın 7 komandasının 60-dan artıq idmançısının iştirakı ilə keçirilən yarışda qızlar arasında Leyla Abduləzizova (Sumqayıt P.İ.K.), İlahə Rəciyeva (Sumqayıt P.İ.K.), Fatimə Alkərimova (Sərhədçi İ.K.), Almaz Əliyeva (Sərhədçi İ.K.), Fəridə Mikayılova (Sumqayıt P.İ.K.) və Ayan Kələntərəova (“Olimpik Star” İ.K.); oğlanlar arasında Osman Allahverdi (Sərhədçi İ.K.), Maksim Petrenko (“Star” İ.C.), Fuad Rəcəbov (Sumqayıt P.İ.K.), Elyar Cahangirbəyov (Sərhədçi İ.K.), Zaur Sarıoğlu (“F-Land” İ.K.) və Məmmədəli Məmmədzadə (Sumqayıt P.İ.K.) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Sonda müvafiq yerləri tutan idmançılara Gənclər və İdman Baş İdarəsi tərəfindən Fəxri fərman, medal və hədiyyələr təqdim olunub.

Xəbər 3753 dəfə oxundu.