Camal Rəhimov yenə qalib adını qazandı

Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş CSİ-3* kateqoriyalı beynəlxalq atçılıq turnirinə yekun vurulub. Atçılıq Federasiyasından idman.com.az saytına verilən məlumata görə, Binə Atçılıq Mərkəzində keçirilən turnirin son günü qran-pri yarışlarının keçirilməsi ilə əlamətdar olub.

Belə ki, London Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycanlı çaparlarla yanaşı, Gürcüstan, Fransa, Hollandiya, Ukrayna, Qazaxıstan, Rusiya və Polşadan olan idmançılar da iştirak ediblər. Yığmamız bu yarışa 7 at və 4 idmançı ilə qatılıb. Polşa, Gürcüstan və Fransa 2 at, 1 idmançı, Qazaxıstanla Türkiyə isə hərəyə 1 at və 1 idmançı ilə paytaxtımıza gəliblər.

Ümumi mükafat fondu 156 min ABŞ dolları olan yarışın Qran-pridə çaparlar 78 min Amerika dolları uğrunda mübarizə aparıblar. Turnirin qalibi adını millimizin lideri Camal Rəhimov qazanıb. O, “Platin” ləqəbli atla bütün rəqiblərini qabaqlamağı bacarıb. İkinci pilləni “Kalinka MNM” ləqəbli atla polşalı Aleksandra Lusina tutub. Digər həmyerlimiz Hikmət Musayev isə “Light Limerik” ləqəbli atla Qran-pri yarışlarının üçüncüsü olub.

Xəbər 1337 dəfə oxundu.