Azyaşlı və gənclər arasında açıq turnir keçirilib
Şəfa İdman Sağlamlıq Kompleksində yerləşən Mİlli Karate Federasiyasının təlim-məşq zalında azyaşlı və gənclər arasında klublar arası açıq turnir keçirilib. Milli Karate Federasiyası və "Gosoko Ryu" klubunun birgə təşkil etdiyi yarışa Bakı və region klublarından 200-dək uşaq, yeniyetmə və gənclər qatılıblar.

Yarışı beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev, Rənad Əliyev, Nərgiz Mehdiyeva, Şahin Xudaverdiyev, Anar Allahverdiyev və bir neçə milli dərəcəli hakimlər idarə ediblər. Fərqlənən idmançılara müvafiq diplom və medallar təqdim olunub.

"Gosoko Ryu" klubunun prezidenti Rənad Əliyev turnirin uşaqlar arasında böyük maraq doğurduğunu deyib. O, azyaşlılar arasnda karatenin inkişafına təkan verən belə yarışın təşkili və təbliğində dəstəyə görə Milli Karate Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib.

Xəbər 999 dəfə oxundu.