Fransanın ən yaxşı oyunçusu seçildi
Fransada ilin ən yaxşı futbolçusu müəyyənləşib.

"France Football" dərgisində keçirilən səsverməyə əsasən, "Real"ın hücumçusu Kərim Benzema bu ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

Qeyd edək ki, K.Benzema 2011-2012-ci illərdə də Fransanın ən yaxşı seçilmişdi.

Xatırladaq ki, ötən ilin ən yaxşısı Frank Riberi ("Bavariya") olub.

Xəbər 909 dəfə oxundu.