Pepe təəccübləndirdi
"Real" (Madrid) klubunun müdafiəçisi Pepe maraqlı statistikası ilə diqqət mərkəzinə düşüb.

Portuqaliyalı futbolçu cari mövsümdə İspaniya La Liqasında oynadığı matçlarda sarı və ya qırmızı vərəqə ilə cəzalandırılmayıb.

Təcrübəli futbolçu əvvəlki illərlə müqayisədə cari mövsüm daha sakit oyun nümayiş etdirir.

Qeyd edək ki, Pepe bu mövsüm ölkə çempionatında 12 oyunda meydana çıxıb. Bu görüşlərin 11-də əsas heyətdə yer alan oyunçu ümumilikdə 1080 dəqiqə meydanda olub.

Xatırladaq ki, Pepe 2010/2011 mövsümündə 7 sarı, 1 qırmızı, 2011/2012 mövsümündə 10 sarı, 1 qırmızı, 2012/2013 mövsümündə 7 sarı, ötən mövsüm isə 9 sarı vərəqə ilə cəzalandırılıb.

Xəbər 1005 dəfə oxundu.