Bakıda bədii gimnastika üzrə ikigünlük yarışlar sona çatdı
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikigünlük yarışlar sona çatdı. Ən yaxşı nəticə uğrunda 13 klubun nümayəndələri mübarizə apardılar. Onların arasında paytaxt gimnastları ilə yanaşı Göyçay, Kürdəmir, Qusar, Sumqayıt və Xırdalan təmsilçiləri də çıxış etdilər.

Bu yarışlar iştirakçıların sayına görə digərlərindən fərqləndi. Ölkənin ən böyük gimnastika zalında 122 gimnast bir yerə toplandı.

İlk Bölgələrarası Kubok yarışları Xırdalan təmsilçisi Nərmin Bayramovanın qələbəsi, Qusar yetirməsi Lətifə Sultəliyevanın ikinci və daha bir Qusar təmsilçisi Asiman Orduxanovanın üçüncü pilləyə qalxması ilə sona çatdı.

Ölkə Birinciliyi və Bakı Çempionatının nəticələrinə görə yuniorlar arasında qalib Jalə Piriyeva oldu.

Arasında kiçik idmançılar da olan müxtəlif gimnastların nümunəvi çıxışları ilə yarışlar başa çatdı.

Xəbər 1110 dəfə oxundu.