Noyabr ayı üçün premyer liqanın laureatları elan edildi
Alan Pardyu İngiltərə premyer liqasında noyabr ayının ən yaxşı baş məşqçisi seçilib. Bu barədə liqanın rəsmi saytı məlumat verib.Nyukasl noyabrda 4 oyunun üçündə ( "Liverpul" (1:0), "Vest Bromviç" (2:0), "QPR" (1:0) ) qələbə qazanıb.

Bundan əlavə Nyukasl mövsümdə ilk dəfə Çelsinin məğlub olmasına səbəb olub. Lakin həmin görüş dekabrda keçirilmişdi.Xatırladaq ki, uğursuz startdan sonra sentyabr oktyabr aylarında azarkeşlər Pardyunun istefa tələbi ilə bannerlər də nümayiş etdirirdilər.
Noyabr ayının ən yaxşı futbolçusu isə Mançester Sitinin argentinalı forvardı Serxio Aquero seçilib.

Xəbər 1075 dəfə oxundu.