2014-cü ildə avrokuboklar başa çatdı.
2014-cü ildə avrokuboklar başa çatdı. Yeniləşmiş əmsallar cədvəli

Dünən keçirilən görüşlərdən sonra avrokuboklarda 2014-cü il başa çatıb. Azərbaycanı təmsil edən Qarabağ komandası playoff-a yüksələ bilmədiyindən ölkəmizin bu mövsüm üçün reytinqi artır məlumdur.Azərbaycan bu il tarixinin ən uğurlu ilini arxada qoyub. Ölkəmiz mövsümü 29-cu yerdə bitirəcək.

Digər ölkələrdən İtaliyanı qeyd etmək lazımdır. Appennin ölkəsi bütün komandalarını avrokuboklarda qoruyub saxlaya bilən yeganə dövlətdir.Mövsümdə ən çox balı isə son illərin lideri İspaniyan toplayıb. Onlar bu mövsümü də 1-ci yerdə tamamlamağa yaxındırlar.

Qeyd edək ki, mövsümün sonuna görə ölkələrin avrokuboklarda təmsilçi sayı müəyyənləşir. Bu mövsüm üçün ən maraqlı mübarizə 6-cı yer uğrunda gedir. Fransa və Rusiya bu yerə namizəddirlər. Xatırladaq ki, 6-cı olan ölkənin çempionlar liqasında 3 təmsilçisi olur.

Xəbər 855 dəfə oxundu.