"Lokomotiv" Serbiya klubunu darmadağın etdi
Voleybolçu qadınlardan ibarət "Lokomotiv" klubu CEV Kubokunda növbəti oyununu keçirib. komandamız 1/8 final mərhələsi çərçivəsində Serbiya "Srvena Zvezda"sının qonağı olub. Belqradda baş tutan görüş təmsilçimizin üstünlüyü ilə keçib. 3 set davam etmiş qarşılşamada Bakı təmsilçisi sevinən tərəf olub. Rəqibi öz meydanında quru hesabla darmadağın edən "Loko" cavab oyunu üçün üstünlük qazanıb.
Qeyd edək ki, tərəflərin cavab qarşılaşması dekabrın 17-da Bakıda baş tutacaq.

CEV Kuboku
11 dekabr
1/8 final
"Srvena Zvezda" - "Lokomotiv" 0:3 (16:25, 21:25, 12:25)

Xəbər 874 dəfə oxundu.